Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Fransanın yeni hökumətinin tərkibi təsdiqləndi

Dünya

21 Sentyabr 2024 22:32 568


Fransa hökumətinin yeni tərkibi bir neçə həftəlik gərgin məsləhətləşmələrdən sonra təsdiq edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Fransa prezident administrasiyasının rəhbəri Aleksi Koler nazirlərin siyahısını açıqlayıb.

"Demokratik Hərəkat Partiyası"ndan olan Jan-Noel Barro yeni xarici işlər naziri təyin edilib. O, Fransa Prezidenti Emmanuel Makronun təklifi ilə Aİ-nin çiçəklənməsi və sənaye strategiyasına cavabdeh olan Avropa Komissiyasının vitse-prezidenti vəzifəsinə təyin edilmiş "İntibah" partiyasından olan Stefan Sejurneni əvəz edəcək. Sezar pizza

Müdafiə naziri postu Sebastyen Lekornuya həvalə edilib. Fransa mətbuatının qeyd etdiyi kimi, müdafiə və xarici işlər nazirləri postlarına prezidentin təklif etdiyi namizədlər təyin olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!