Fransaya müharibə elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Fransaya müharibə elan edildi

Dünya

13 Fevral 2026 00:27 733


Niger Fransa ilə hərbi qarşıdurma vəziyyətinə keçir.

"Yeni Sabah" xəbər verir ki, müvafiq bəyanatı Niger dövlət başçısının hərbi qərargah rəisi Amadu İbro verib.

"Bilin ki, biz Fransa ilə müharibəyə gedirik. Biz müharibə vəziyyətində deyildik, indi isə Fransa ilə real müharibəyə gedirik", - deyə hərbi rəhbər bildirib. Pepperoni pizza

General İbro Parisi Afrika respublikasına qarşı döyüş əməliyyatları planlaşdırmaqda ittiham edib. Onun iddiasına görə, Fransa tərəfi ilə potensial silahlı münaqişəyə hazırlaşmaq məqsədilə ölkədə səfərbərlik elan edilib.

Qeyd olunur ki, Fransa hakimiyyəti bu cür iddiaları qəti şəkildə rədd edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!