Bu gün Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiya ediləcəyi ilə bağlı xəbər yayılmışdı. Vəkilləri mətbuata açıqlama verərək bildirmişdilər ki, Fuad Abbasov gecə saat 3:55-də Bakıda olacaq. Lakin axşam saatlarında xəbər yayıldı ki, Fuad Abbasov hava limanından geri qaytarılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə musavat.com-a məlumat verən vəkil Elman Paşayev bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürdü:
"Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar". Dördpendirli pizza
Hava limanında Fuad Abbasovun hər hansı bir qohumuna və ya yaxını da olmayıb. Burada olan vətəndaşlar İstanbul, Kiyev və eləcə də Moskva reysi ilə Bakıya gələn yaxınlarını gözləyənlər idi.
Saat 3:35 oldu. Jurnalisti gətirməli olan təyyarə eniş etdi, bütün sərnişinlər yüklərini də götürüb hava limanından çıxdılar. Lakin onların arasında Fuad Abbasov yox idi. Vəkilinin dediyi kimi, onu Moskva hava limanından geri qaytarıb miqrasiya xidmətinin saxlama məntəqəsinə aparmışdılar. Jurnalist özünün yaydığı səs yazısında bu qərara etiraz olaraq, aclığa başladığını bəyan etmişdi.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusuna əsasən, Fuad Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan olunub.
Qeyd edək ki, jurnalist Fuad Abbasov mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximki Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F.Abbasov bu günlərdə Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılırdı.
Mayın 6-da onun ölkədən deportasiya edilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətinə baxılıb. Məhkəmə deportasiya barədə qərarı qüvvədə saxlayıb.
Telegram kanalımız