Fuad Muradov Lörinc Nacsa ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Fuad Muradov Lörinc Nacsa ilə görüşdü

Siyasət

02 Dekabr 2025 10:04 451


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Budapeştə səfəri çərçivəsində Macarıstanın Milli siyasət üzrə dövlət katibi Lörinc Nacsa ilə görüşüb.

Bu barədə “Yeni Sabah”a Dövlət Komitəsindən məlumat verilib. 

F.Muradov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir diaspor siyasətinə diqqət çəkib, xaricdəki Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Koordinasiya Şuraları və bir sıra digər layihələr haqqında müfəssəl məlumat verib. Bildirilib ki, Macarıstandakı Azərbaycan icması həyata keçirdiyi layihələrlə ortaq tarixi köklərə malik olan xalqlarımız arasında ikitərəfli münasibətlərin inkişafına töhfələr verir. pizza mizza

Lörinc Lacsa Azərbaycan nümayəndə heyətini səmimi salamlayıb, görüşün və təcrübə mübadiləsinin əhəmiyyətini dilə gətirib. Tərəflər müasir diaspor strategiyası, perspektiv planlar və əməkdaşlıq platformaları ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə və Budapeştdəki Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli iştirak edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!