Gürcü fəallar parlament binasını yandırıb - DİN-dın açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Gürcü fəallar parlament binasını yandırıb - DİN-dın açıqlama

Rəsmi

08 Mart 2023 16:34 907


Gürcüstan polisi martın 7-də axşam saatlarında Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası zamanı 66 nəfəri saxlayıb.

Yenisabah.az “Radio Tavisupleba”ya istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Onlar xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham olunurlar. pizza

Dövlət məmurlarına qarşı zorakılıq və əmlaka ziyan vurması ilə bağlı araşdırma başlayıb.

Daxili İşlər Nazirliyi əlavə edib ki, etirazçılarla toqquşma nəticəsində 50-yə yaxın polis əməkdaşı xəsarət alıb, onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Vətəndaşlar arasında zərərçəkənlərin də olduğu qeyd edilir.

Açıqlamada vurğulanır ki, paytaxt Tbilisinin Rustaveli prospektində baş verənlər dinc aksiya çərçivəsindən çıxıb və bir neçə saat davam edən asayişin pozulmasına gətirib çıxarıb. Qeyd olunur ki, fəallar parlament binasını yandırıb, daş atıb, şüşələri sındırıblar.

Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Axşam saatlarında binanın yaxınlığında toplaşan nümayişçilərin aksiyası gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edən polislə toqquşmaya çevrilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!