“Futbolun siyasiləşdirilməsi qəbuledilməzdir” - PA rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Futbolun siyasiləşdirilməsi qəbuledilməzdir” - PA rəsmisi

Siyasət

29 May 2019 08:20 1051


Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliya KİV-nə  müsahibə verib.

“Yeni Sabah” xəbər verir ki, o, 29 may tarixində Avropa Liqasının Bakıda keçiriləcək final oyununa Arsenal komandasının futbolçusu Henrik Mxitaryanın gəlməyəcəyi məsələsi ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

“Gəlməməklə bağlı qərar onun və klubunundur. Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitaryan da daxil olmaqla Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir. Futbol, ümumiyyətlə, idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba, Arsenal və Çelsiyə uğurlar arzu edirik. Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”. Sezar pizza

“Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də ki Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcək”, deyə Hikmət Hacıyev əlavə edib: 

“Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. 1 milyon azərbaycanlı etnik təmizləməyə  məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar. Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!