Lənkəranda keçirilən futbol matçında insident yaşanıb.
“Yeni Sabah” xəbər verir ki, Region Liqasında sözügedən şəhəri təmsil edən “Alyans” doğma meydanında “Neftçala”nı qəbul edib.
Meydan sahiblərinin qələbəsi ilə başa çatan matçda (4:1) gərginlik yaşanıb. Belə ki, qarşılaşmanın ikinci hissəsində qonaqların baş məşqçisi Mehman İbrahimovla hakimlər arasında mübahisə yaranıb. pizza mizza
Eyni zamanda “Neftçala” futbolçusu zədə alaraq yerdə qalıb. Üzünü tutan futbolçu yalnız həkim müdaxiləsindən sonra özünə gələ bilib.
Qarşılaşmanı 500-dən çox tamaşaçı izləyib.
Maraq üçün qeyd edək ki, Lənkəranaı təmsil edən digər klub - “Xəzər Lənkəran”ın əsas komandası illər əvvəl AFFA-ya etiraz olaraq fəaliyyətini dayandırıb. Belə ki, 2015/2016-cı il mövsümünün yekununda "Xəzər Lənkəran" klubu bəyant yayıb. Bu bəyanatda klubun əsas komandasının Azərbaycan çempiontlarında iştirakının dayandırılması, buna baxmayaraq aşağı yaş qrupları üzrə komandanın fəaliyyət göstərəcəyi barədə məlumat əks olunub. Klub əsas komandanın bütün oyunçularına gələcək fəaliyyətlərini asanlıqla davam etmələri üçün azad agent statusu verib.



Telegram kanalımız