Futbol yığmamız almanlara qalib gəldi 

saytların hazırlanması

Evə çatdırılma

Futbol yığmamız almanlara qalib gəldi 

İdman

03 İyul 2022 13:00 797


Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində Almaniya yığması ilə qarşılaşan millimiz 6:5 hesablı qələbə qazanıb.

Hüseyn Axundovun dubl etdiyi oyunda millimizin digər qollarını Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov və Elçin Qasımov vurublar. pizza sifarişi

Komandamız seçmə mərhələdə növbəti oyununu bu gün İspaniya millisinə qarşı keçirəcək.

Millimiz ilk oyunda İtaliya seçməsinə 3:7 hesabı ilə məğlub olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!