“Futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik” - Nikola Yurçeviç

saytların hazırlanması

Evə çatdırılma

“Futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik” - Nikola Yurçeviç

İdman

09 Oktyabr 2019 21:51 1026


"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir".

"Yeni Sabah" AFFA-ya istinadən xəbər verir ki, bu sözləri “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunan brifinqdə millinin baş məşqçisi Nikola Yurçeviç deyib.

"Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik. Çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlığı etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var.  Dördpendirli pizza

Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!