Dünya futbolunda daha bir faciəvi hadisə baş verib.
“Yeni Sabah” xarici KİV-ə istinadən xəbər verir ki, budəfəki hadisə Argentinada qeydə alınıb.
Bu ölkədən olan futbolçu Esekiel Esperon 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişib. Meksikanın “Atlante” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi vətəni Argentinada olarkən bu hadisə ilə üzləşib. Toyuqlu pizza
Buenos-Ayresdə dostları ilə bir araya gələn E.Esperon gecə saat 03:00-da onlarla birgə binanın eyvanına çıxıb. Futbolçu yaxşı bərkidilməyən məhəccərə söykənmək istəyib. 6-cı mərtəbədən yerə düşən futbolçunu xəstəxanaya aparsalar da, az keçməmiş həkimlər onun ölümünü qeydə alıb.

Telegram kanalımız