Futbolda baş məşqçilər bir-birini söydü, ara qarışıdı - Azərbaycanda

Futbolda baş məşqçilər bir-birini söydü, ara qarışıdı - Azərbaycanda

İdman Veb saytların hazırlanması

08 Oktyabr 2019 13:18 1095


Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, toplantıda aşağı yaş qruplar üzə komandaların çempionatında baş verən hadisələrlə bağlı da qərarlar açıqlanıb. 

Belə ki, İntizam Komitəsi meydanda davaya qalxan və bir-birini təhqir edən baş məşqçiləri ağır şəkildə cəzalandırıb.

Sizi həmin qərarlarla tanış edirik:

29 sentyabr 2019-cu il, U-14 Liqasının, “Bahar Gİİ” (Beylaqan) – UGİM (Ağcabədi) matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyevin bir-birilərinə təhqiramiz ifadələr işlətdiyinə görə hər iki məşqçi 3 oyun cəzalanıb (maddə 41.1).

06 oktyabr 2019-cu il, Bakcell U-17 Liqasının, “İsgəndər Cavadov BFA” – “Qarabağ” matçının 77-ci dəqiqəsində “İsgəndər Cavadov BFA” klubunun 25 №-li futbolçusu Əmrah İbadov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb. 

05 oktyabr 2019-cu il, Coca-Cola U-13 Liqasının, “Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə” klubunun baş məşqçisi Xəyyam Bəkirov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).

“İsgəndər Cavadov BFA” klubunun baş məşqçisi Elşən Ələskərov hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb (maddə 41.4).

05 oktyabr 2019-cu il, U-13 Qızlar Liqasının, “Fidan” – “8 №-li RİOEUGİM” matçında “Fidan” komandasının məşqçisi Yavər Rəhimov rəqib komandanın futbolçusun təhqir etdiyinə görə 3 oyun cəzalanıb (maddə 41.1).

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!