Futbolsevərlərə şad xəbər: Bakıdakı bu oyunu izləyənlərə televizor və pul veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Futbolsevərlərə şad xəbər: Bakıdakı bu oyunu izləyənlərə televizor və pul veriləcək

İdman

29 Noyabr 2019 09:56 1138


Bakının "Sabah" klubu yeni müsabiqə elan edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə paytaxt təmsilçisi rəsmi məlumat yayıb.

Bildirilir ki, dekabrın 2-də “Qarabağ”la qarşılaşan “Sabah” maraqlı təkliflə çıxış edib. Belə ki, 20:00-da başlayacaq oyunu "Bank Respublika Arena"da izləyən hər iki klubun azarkeşləri arasında 3 nəfər titul sponsoru Bank Respublikadan 100 AZN qazancaq, 1 nəfər isə televizor əldə edəcək. Qalib azarkeşlərə verilən pulsuz biletlərdəki kod vasitəsilə müəyyənləşəcək.  pizza mizza

O da bildirilib ki, bu müsabiqə ancaq “Sabah” azarkeşlərinə şamil olunmur. Oyunu stadiondan izləyən digər futbolsevərlər də bundan faydalana bilər.

Xatırladaq ki, bu “Sabah”ın elan etdiyi ilk müsabiqə deyil. Ötən mövsüm klubun rəsmi maskotunu hazırlayan şəxsə 2000 manat pul təklifi edilmişdi. Eyni zamanda keçən ilin aprelində “Keşlə” ilə qarşılaşan komanda buraxdığı qolla bağlı da müsabiqə təşkil etmişdi. Belə ki, “Qol var idimi?” sualı ilə azarkeşlərə müraciət edən “Sabah” sualın cavabını daha dolğun ifadə edən şəxsə 960 manat məbləğində pul vermişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!