Füzulidə silah-sursat aşkarlandı 

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə silah-sursat aşkarlandı 

Rəsmi

12 Aprel 2023 09:43 802


Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində intensiv tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı müxtəlif silah-sursat aşkar edilib. 

Tapılan 5 pulemyot, 5 avtomat, 1 qumbaraatan, 1 Faqot, 1 snayper tüfəngi, 1 əl qumbarası, 3 968 müxtəlif çaplı patron və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!