Füzulidə tank əleyhinə raket sistemi tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə tank əleyhinə raket sistemi tapıldı

Maraqlı

30 Oktyabr 2021 10:16 917


İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbir uğurla nəticələnib.

Polis əməkdaşları rayonun işğaldan azad edilmiş ərazilərində 3 avtomat, 2 pulemyot, 2 qumbaraatan, 1 “Foqot” (tank əleyhinə idarə olunan raket sistemi), 185 ədəd müxtəlif növ mərmi, 75 ədəd partladıcı və 4100 müxtəlif çaplı güllələr aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. pizza mizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!