Gecə kafeyə gedən qadın və 4 kişi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Gecə kafeyə gedən qadın və 4 kişi həbs olundu

Maraqlı

27 Fevral 2021 10:38 779


Ağstafa rayonunda karantin rejimini pozan kafe aşkarlanıb.

Yenisabah.az DİN Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadla xəbər verir ki, Ağstafa RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən kafe  aşkarlayıb.

Obyekti icarə əsasında işlədən - Famil Yolçuyev və müştərilər-  Nuranə Abduyeva, Etibar Atakişiyev, İlkin Yolçuzadə, Xanbaba Dünyəmov və Şərafət Məmmədova saxlanılaraq RPŞ-yə  gətirilib. Sezar pizza

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N.Abduyeva 300 manat miqdarında cərimə edilib, E.Atakişiyev 15 sutka, F.Yolçuyev 20 sutka,  İ.Yolçuzadə 7 sutka, X.Dünyəmov 15 sutka, Ş.Məmmədova isə 5 sutka müddətində inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!