Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasil edən şirkəti “Anglo Asian Mining PLC” şirkətinin 2024-cü ilin ilk yarısında hasilatı kəskin azalıb. Nəticədə şirkət 1,7 milyon dollar zərər edib.
“Yeni Sabah” xəbər verir ki, mədən şirkətinin qızıl hasilatı ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə azalaraq 2024-cü ilin ilk yarısında 4,704 unsiya təşkil edib. 2023-cü ilin I yarısında bu rəqəm 14,623 unsiyaya bərabər olub.
Şirkətin mis hasilatı son bir ildə 1 870 tondan 100 tona düşüb. Gümüş hasilatı isə 2023-cü ilin ilk yarısındakı 44 696 unsiyadan bu ilin birinci rübündə 12 746 unsiyaya qədər azalıb. Dördpendirli pizza
AAM-in qızıl külçə satışı isə bu ilin birinci yarısında 10,506 unsiyadan 6 min unsiyaya enib. Ümumilikdə “Anglo-Asian Mining” 2024-cü ilin yanvar-iyun ayları üzrə 1,7 milyon dollar (2,89 mln. AZN) zərər edib. Halbuki, ötən ilin eyni dövründə şirkət 5,6 milyon manat xalis mənfəət açıqlamışdı.
Qeyd edək ki, bu ilin əvvəlində Gədəbəyin Söyüdlü kəndində sakinlərin etirazından sonra “Gədəbəy” yatağından qızıl hasilatı dayandırılmışdı. Bu isə şirkəti ümumi hasilatına mənfi təsir edib.
Telegram kanalımız