Gediş haqqını 40 qəpik etdilər – Video

saytların hazırlanması

Evə çatdırılma

Gediş haqqını 40 qəpik etdilər – Video

Rəsmi

14 Yanvar 2021 16:14 1413


Ağdaş rayonunda ictimai nəqliyyatda qiymətlər süni olaraq artırılıb.

BAKU.TV xəbər verir ki, Ağdaşda istər şəhər daxili, istərsə də qəsəbə və kəndlərə hərəkət edən marşrut xətlərində gediş haqları bütün xətlər üzrə süni şəkildə 10 qəpik artırılıb.

Məsələ ilə bağlı Göyçay Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional şöbəsindən Baku TV-yə bildiriblər ki, bu kimi halların baş verməməsi üçün əməkdaşlarımız tərəfindən mütəmadi olaraq reydlər keçirilir: Marqarita pizza

“Süni qiymət artımına yol verən sürücü və sahibkarlar barəsində protokollar tərtib edilib. Artıq şöbəyə Ağdaş rayon ərazisində sürücü və sahibkarlar tərəfindən süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub. Bununla bağlı Ağdaş rayonunda reydlər keçirilib. Qanunsuz gediş haqqını qaldıran sürücülər barəsində protokollar yazılıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!