“Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” - Siyavuş Novruzov

saytların hazırlanması

Evə çatdırılma

“Gələn bələdiyyə seçkilərində yeniliklər olacaq” - Siyavuş Novruzov

Siyasət

20 Oktyabr 2019 11:58 1243


“Bu ilki bələdiyyə seçkilərinə çatdırmaq mümkün olmadı. Amma gələn bələdiyyə seçkilərində yeniliklər mütləq olacaq”.

"Yeni Sabah" xəbər verir ki, bunu "Modern.az"a bələdiyyə seçkiləri haqqında danışarkən Milli Məclisin deputatı Siyavuş Novruzov söyləyib. O qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yeniliklər tətbiq etmək üçün öncəliklə qanunvericilik dəyişdirilməlidir:

“Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, bələdiyyə sədrləri birbaşa insanlar tərəfindən seçilsin. Bunu tətbiq etmək üçün əvvəlcə qanunvericilik dəyişməlidir. Bu ilki bələdiyyə seçkilərinə həmin məqamları çatdırıb, tətbiq etmək mümkün olmayacaq. Amma növbəti bələdiyyə seçkilərində sözügedən yeniliklərlə bağlı addım atılacağını düşünürəm”. pizza

Qeyd edək ki, bu il Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Artıq seçki kampaniyasına başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!