“Gələn həftə Rusiyadan 10 vaqon gətiriləcək“

saytların hazırlanması

Evə çatdırılma

“Gələn həftə Rusiyadan 10 vaqon gətiriləcək“

Sosial

22 May 2019 13:06 1020


““Bakı Metropoliteni” Rusiyadan aldığı vaqonlardan 10-nu gələn həftə təhvil alacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov bildirib ki, mayın 28-də “Bakı Metropoliteni”nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək. Dominos pizza

Onun sözlərinə görə, səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq: 

“Bu il Rusiyanın "Metrovaqonmaş” şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!