“Gələn il “Avroviziya“ İsrail olmadan keçirilsin” - Son ikiyə qalmışdılar

saytların hazırlanması

Evə çatdırılma

“Gələn il “Avroviziya“ İsrail olmadan keçirilsin” - Son ikiyə qalmışdılar

Şou

23 May 2025 14:23 338


Xəbər verdiyimiz kimi, "Avroviya 2025"in qalibi 436 balla Avstriyadan "JJ" ləqəbi ilə tanınan müğənni Yohannes Piç olub.

Axşam.az-ın məlumatına görə, ifaçının İsraillə bağlı verdiyi müsahibə müzakirələrə səbəb olub.

O, açıqlamasında İsrailin müsabiqədən xaric edilməsini istəyib: Pepperoni pizza

“İsrailin hələ də yarışmada olması çox məyusedicidir. İstərdim ki, müsabiqə gələn il Vyanada İsrail olmadan keçirilsin”.

Mübahisələrin ardından "JJ" teleqram kanalında növbəti açıqlamanı yayaraq İsraillə bağlı səsləndirdiyi sözlərinə görə üzr istəyib. O, əlavə edib ki, fikirləri yanlış anlaşılıb:

“İsrail hökumətini tənqid etməklə yanaşı, dünyanın istənilən yerində mülki şəxslərə qarşı istənilən zorakılığı pisləyirəm. Onlar istər israillilər olsun, istərsə də fələstinlilər”.

Avstriyanın ictimai yayım şirkəti "Österreichischer Rundfunk"ın (ORF) nümayəndəsi bildirib ki, "JJ"nin açıqlamaları yalnız sənətçinin şəxsi fikrini əks etdirir.

Qeyd edək ki, İsrail bu il müsabidəqə Yuval Rafael adlı yarı azərbaycanlı “New Day Will Rise” (“Yeni Gün Doğacaq”) mahnısı ilə təmsil edib. O, 357 xalla yarışmada ikinci olub. 

Onu da qeyd edək ki, Rusiya Ukraynaya qarşı keçirdiyi əməliyyat fonunda müsabiqədən kənarlaşdırılıb. /axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!