Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Azərbaycanda Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

Siyasət

09 Noyabr 2025 10:49 329


TÜRKSOY-un təşkilatçılığı ilə növbəti Türk Dünyası Mədəniyyət Forumu Azərbaycanda baş tutacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib.

Forumun 2026-cı ilin aprel ayında keçirilməsi planlaşdırılır. Tədbirin təşkil olunacağı məkan kimi Şəki və Naxçıvan şəhərləri ilə bağlı müzakirələr aparılır: pizza sifarişi

“Azərbaycan TÜRKSOY-da ən lokomotiv ölkələrdən biridir. Biz Azərbaycanda bir çox layihələr həyata keçirməyi planlaşdırırıq. 2026-cı ilin aprelində keçiriləcək Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində animasiya filmlərinin nümayişi kimi maraqlı layihələr də nəzərdə tutulur”.

Sultan Raev əlavə edib ki, Forumdan əlavə Azərbaycanda müxtəlif şəhərləri əhatə edəcək mədəni tədbirlərin təşkili də planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!