Gələn il səhiyyəyə və təhsilə nə qədər vəsait ayrılacaq?

saytların hazırlanması

Evə çatdırılma

Gələn il səhiyyəyə və təhsilə nə qədər vəsait ayrılacaq?

İqtisadiyyat

03 Sentyabr 2020 11:44 689


Gələn il Azərbaycanın dövlət büdcəsində səhiyyə üçün ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

Yenisabah.az-ın  məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il səhiyyəyə ayrılan vəsaitin həcmi büdcə gəlirlərinin 7,9 faizi həcmində olacaq. Toyuqlu pizza

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il səhiyyəyə ayrılacaq vəsaitin həcmi 2 milyard manatdan çox olacaq.

Gələn il təhsil xərcləri üçün isə 3 milyard manatdan çox maliyyə vəsaiti nəzərdə tutulub.

Qeyd edilib ki, büdcə xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə nəzərdə tutulan proqramların (“Məktəbəqədər təhsil”, “Ümumi təhsil”, “Peşə təhsili”, “Orta ixtisas təhsili”, “Ali təhsil”, “Xüsusi təhsil proqramları” və s.) həyata keçirilməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, məktəbəhazırlıq təhsilinin təmin edilməsi, ümumi təhsil proqramı üzrə təhsilalanların biliyinin artırılması, həyata və ali təhsilə hazırlanması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin və təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 3 milyar 197 milyon manat maliyyə vəsaiti nəzərdə tutulub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!