Gənc fiziklər final mərhələsində

saytların hazırlanması

Evə çatdırılma

Gənc fiziklər final mərhələsində

Sosial

16 May 2019 12:50 1291


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, 13 komanda ümumi təhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını, 2 məsələni  və  1 təcrübə  işini  yerinə yetiriblər.

Müsabiqənin final mərhələsində Suraxanı rayonu üzrə 85, Xəzər rayonu üzrə 136, Sabunçu rayonu üzrə 96, Pirallahı rayonu üzrə 243, Səbail rayonu üzrə 236, Nizami rayonu üzrə 312, Yasamal rayonu üzrə 158, Nəsimi rayonu üzrə 240, Xətai rayonu üzrə 24, Binəqədi rayonu üzrə 83 və 313 nömrəli tam orta məktəblər, Qaradağ rayonu üzrə 166 nömrəli məktəb-lisey, Nərimanov rayonu üzrə 291 nömrəli “Ekologiya” liseyinin komandaları iştirak etmək hüququ qazanıblar. Dominos pizza

Daha sonra 13 komandanın tərkibindəki finala vəsiqə qazanmış 39 şagirdə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin final mərhələsində doğru cavablandırılan hər bir test tapşırığı 1, məsələ və təcrübə işi isə 5 balla qiymətləndiriləcək. Ekspert Qrupu tərəfindən müsabiqənin nəticələri təhlil ediləcək, qalib komandalara BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!