Gənc şair Həsən Kür vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Gənc şair Həsən Kür vəfat etdi

Hadisə

08 İyul 2025 00:17 982


Azərbaycan Yazıçılar Birliyinin üzvü, 44 günlük Vətən müharibəsinin iştirakçısı, gənc şair Həsən Kür (Zeynallı) vəfat edib.

Bu barədə APA-ya onun yaxınları məlumat veriblər.

Bir neçə saat əvvəl halı pisləşən Həsən Kürü Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, o, beyin qanaması nəticəsində xəstəxanada vəfat edib. Dominos pizza

Qeyd edək ki, fevralın 22-si gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Martın 5-də süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib, palataya köçürülüb. Martın 20-i sol ayağından əməliyyat olunan gənc şair reaninmasiyaya yerləşdirilib, daha sonra palataya köçürülüb. Aprelin 25-i isə xəstəxanadan evə buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!