Gənc tədqiqatçının  yeni kitabı təqdim olundu - Video

saytların hazırlanması

Evə çatdırılma

Gənc tədqiqatçının yeni kitabı təqdim olundu - Video

Sosial

24 May 2019 08:16 1061


"LİBRAFF Park Akademiya" kitab mağazasında gənc tədqiqatçı İnqilab Şahbazovun "Tədqiqat metodları" kitabının təqdimat mərasimi və imza günü keçirilib. 

“Yeni Sabah” xəbər verir ki, tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və digər şəxslər iştirak ediblər. 

Tədbirin sonunda müəllif tədbir iştirakçıları üçün kitabını imzalayıb. pizza hut

Qeyd edək ki, İ. Şahbazov həmtəsisçisi olduğu Azərbaycan Elm Assosiasiyasının həmsədridir. O həmçinin 2018-2019-cu illərdə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə aparılan, dünyada və Azərbaycanda azadlıqdan məhrumetməyə alternativ cəza tədbirlərinin araşdırıldığı tədqiqatın rəhbəri, "Sosioloji nəzəriyyələr" kitabının müəllifidir. Sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu "Market Research Society Advanced Certificate in Market and Social Research Practice" sertifikatını alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!