Gəncədə beynəlxalq turnir keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə beynəlxalq turnir keçiriləcək

İdman

27 May 2019 08:09 1093


1-2 iyun tarixlərində Gəncə şəhərində "Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində yarışda bir sıra yaxın ölkələrdən müxtəlif yaşlı karateçilərin iştirakı gözlənilir. 

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çıxışlarında mübarizə aparacaq. 

1 iyunda saat 14:00-da beynəlxalq turnirin təntənəli açılış mərasimi olacaq.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!