Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Kriminal

01 Aprel 2020 09:38 750


Gəncə şəhərində 18 yaşlı oğlana bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yenisabah.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilir ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyevin qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. pizza mizza

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, 17 yaşlı İ.Allahverdiyev saxlanılıb. İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!