Gəncədə həyat yoldaşının üzərinə benzin töküb yandıran şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, saxlanılan şəxs Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Abbasov Simon Yaşar oğludur.
Həmin şəxs Gəncə şəhər Baş Polis idarəsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində tutulub. Qeyd edək ki hadisə ötən gecə şəhərin Zərdabi küçəsindəki yaşayış evlərinin birində qeydə alınıb. Toyuqlu pizza
1986-cı il təvəllüdlü Abbasova Könül Vaqif qızı bədəninin 40-50 faiz yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, qadını həyat yoldaşı üstünə benzin tökərək yandırıb. Səbəb isə onların boşanması olub.
Faktla bağlı araşdırma aparılır. /APA
Telegram kanalımız