Gəncədə kütləvi dava:   Bıçaqlananlar var

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə kütləvi dava: Bıçaqlananlar var

Kriminal

07 Fevral 2020 20:17 2545


Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə axşam saatlarında mərkəzi unverimağın yaxınlığında qeydə alınıb.

Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb. Pepperoni pizza

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananınTravmatologiyaya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!