Gəncədəki 34 nömrəli məktəbdə müəllimin şagirdə qarşı uyğunsuz davranışı iddiası ilə bağlı vətəndaş müraciəti edilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi məlumat verib.
Müraciət əsasında həm Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, həm də hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. Dominos pizza
Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Gəncə şəhərində yerləşən Samir Vəliyev adına 34 nömrəli tam orta məktəbdə müəllimin 5-ci sinif şagidini döyməsi ilə bağlı mediada xəbərlər yayılıb.
Telegram kanalımız