Gəncə şəhərində evdə partlayış baş verib.
“Yeni Sabah” BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Qəsəbə adlanan yaşayış massivində qeydə alınıb.
Partlayış nəticəsində Bayramova Məryəm və Rzayeva Pəri ağır yanıq xəsarətləri alıblar. pizza mizza
Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hadisəyə səbəb qaz sızmasıdır. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Partlayışın dəqiq səbəbləri araşdırılır.
Telegram kanalımız