Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib –   Video

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə yeni avtovağzalın arxası zibilxanaya çevrilib – Video

Rəsmi

30 Avqust 2019 13:37 1735


Gəncə şəhərində tikilən yeni avtovağzalın arxası zibilxanaya çevrilib. 

Bu barədə “Yeni Sabah”a şəhər sakinləri məlumat verib. Onların sözlərinə görə, ərazidə zibillə yanaşı ölmüş heyvanların cəsədləri də var. 

“Üfunət iyindən baş çartlayır. Bakıya, o cümlədən digər şəhər və rayonlara gedən avtobuslar məhz bu ərazidən keçir. Dəfələrlər müvafiq qurumlara müraciət edilsə də, nəticəsi yoxdur”,- deyə sakinlər bildirib. pizza hut

Həmin ətrafda 15 minə yaxın əhalinin yaşadığını deyən sakinlər əlavə edib ki, axşamlar sözügedən ərazidəki zibillər yandırılır. “Tüstüdən və iydən adam boğulur”,- deyə sakinlər bildirib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!