Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə orta məktəb şagirdlərinin zəhərlənməsi ilə bağlı araşdırmalara başlayıb.
"Yeni Sabah" xəbər verir ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə agentliyin mütəxəssisləri araşdırmalara başlayıb.
Hazırda Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunan və dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən 8 nəfərə zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Pepperoni pizza
Telegram kanalımız