Gənclər Fondu 12-ci qrant müsabiqəsini elan etdi

saytların hazırlanması

Evə çatdırılma

Gənclər Fondu 12-ci qrant müsabiqəsini elan etdi

Sosial

04 İyun 2019 10:10 1534


Gənclər Fondunun 12-ci qrant müsabiqəsi elan olunub.

“Yeni Sabah” xəbər verir ki, bunu Fondun icraçı direktoru Fərid Cəfərov deyib. O bildirib ki, bu qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarının yerli və xarici layihələrinin maliyyələşdirilməsi həyata keçiriləcək.

F.Cəfərovun sözlərinə görə, bu layihələrin prioritet mövzuları elan olunacaq və gənclər artıq bu gündən etibarən fonda müraciət edə biləcəklər: pizza mizza

"Bildiyiniz kimi, Prezidentin müvafiq göstərişi ilə xaricdə gənclərin magistr pilləsi üzrə təhsil almasının maliyyələşdirilməsi də Gənclər Fonduna həvalə edilib. 23 may tarixində müvafiq elan verilib və bu istiqamətdə nəzərdə tutulan işlər barəsində müşahidə şurasına hesabat veriləcək”.

Fondun icraçı direktoru vurğulayıb ki, 12-ci qrant müsabiqəsi sırf gənclər təşkilatlarına şamil olunacaq:

“Fərdi gənclərin layihələri ilə bağlı müsabiqənin də yay aylarında artıq elan edilməsi nəzərdə tutulur. Əsas kriteriyalar ənənəvi mövzularla yanaşı, risk qrupunda olan gənclərin cəmiyyətə inteqrasiyası, sosial müdafiəyə ehtiyacı olan gənclərlə bağlı iş və s. proqramlardır. Fondun akkreditasiya sistemindən qeydiyyat keçmiş bütün qeyri-hökümət gənclər təşkilatları öz layihələri ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər”.

Əməkhaqları barədə məlumat verən Fond direktoru üstünlüyün sosial müdafiəyə ehtiyacı olan gənclərə verildiyini də diqqətə çatdırıb:

“İş axtaran, iş təcrübəsi olmayan gənclər və müəyyən kateqoriyaya daxil olan regionlarda yaşayan gənclər də bura daxildir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!