Gənclər və idman naziri Rafael Fiziyevi qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Gənclər və idman naziri Rafael Fiziyevi qəbul etdi

İdman

04 Avqust 2022 20:24 1178


Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, 29 yaşlı idmançını ölkə bayrağı altında qazandığı ilk qələbəsi münasibətilə təbrik edən F.Qayıbov onun bu uğurunun gənclər arasında MMA idman növünə marağı daha da artıracağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Fiziyev Azərbaycanı təmsil etməkdən qürur duyduğunu söyləyib və bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib. pizza hut

Qeyd edək ki, Rafael Fiziyev ötən ay Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsidir.

Avqustun 5-də Fiziyevin media nümayəndələri ilə görüşü və idman azarkeşləri ilə imza sessiyası olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!