General-mayorun birinci müavini işdən çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

General-mayorun birinci müavini işdən çıxarıldı

Maraqlı

28 Sentyabr 2023 12:56 8415


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisinin birinci müavini vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, müvafiq əmrlə FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin birinci müavini, polkovnik-leytenant Bağırov Qəzənfər Nofəl oğlu vəzifəsindən azad olunaraq, ehtiyyata göndərilib.

Yenisabah.az xəbər verir ki, Qəzənfər Bağırovun işdən çıxarılması barədə əmr 5 gün əvvəl imzalanıb.

Qəzənfər Bağırov 24.03.1984-ci ildə Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət Bədən Tərbiyə və İdman Akademiyasını bitirib. Ailəlidir. 4 övladı var. Onu da vurğulayaq ki, Qəzənfər Bağırov nazir, general-polkovnik Kəmaləddin Heydərovun bacısının kürəkənidir. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!