Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı - Fotolar   + Video

saytların hazırlanması

Evə çatdırılma

Generalın minaya düşdüyü maşının görüntüləri yayıldı - Fotolar + Video

Maraqlı

11 Noyabr 2021 15:50 4028


Ölkə mətbuatında Prezident İlham Əliyevin Zəfər Günü Şuşada hərbçilərlə görüşündə Vətən müharibəsi döyüşlərinə rəhbərlik edən generallar arasında 1-ci Ordu korpus komandiri, general-mayor Hikmət Həsənovun olmaması ilə bağlı fərqli məlumatlar yayılıb.

Yenisabah.az xəbər verir ki, generalın həmin gün gözə dəyməməsi müxtəlif səbəblərlə izah olsunsa da, Hikmət Həsənov Bizimxeber.az-a tədbirdə niyə iştirak etmədiyinin səbəbini açıqlayıb. Bildirib ki, müharibə zamanı aldığı zədələr səbəbindən hazırda hərbi hospitalda müalicə alır: “10 noyabr 2020-ci il tarixində bağlanan Üçtərəfli Bəyanatdan sonra, Ağdam şəhərinin qaytarılması əməliyyatı zamanı mənim də olduğum zirehli avtomobil ermənilərin basdırdığı minaya düşdü. Partlayış nəticəsində müxtəlif zədələr aldım və hazırda sistemli olaraq müalicədəyəm”.

General-mayor həmçinin əlavə edib ki, burada başqa səbəb axtarmaq lazım deyil: “Vətənə, dövlətə xidmətim davam edir. Fürsətdən istifadə edərək Azərbaycan xalqını, bütün zabit, gizir və əsgər heyətini Zəfər Günü münasibəti ilə təbrik edirəm. Qazilərimizə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”. pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!