General Xaçaturovun həbsi: Vəkili danışdı

saytların hazırlanması

Evə çatdırılma

General Xaçaturovun həbsi: Vəkili danışdı

Rəsmi

17 Mart 2023 16:48 999


Ermənistan 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun həbsi ilə bağlı qərardan kassasiya məhkəməsinə şikayət veriləcək.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Xaçaturovun vəkili Akop Yenokyan verib.

Xatırladaq ki, fevralın 8-də Ermənistan Milli Məclisində Baş prokurorun təqdim etdiyi vəsatətlər əsasında “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deputat toxunulmazlığından məhrum edilib. Pepperoni pizza

Ohanyana qarşı ictimai cinayət təqibinin başlanması barədə qərar qəbul edilib, o, külli miqdarda israfçılıqda, qanunsuz torpaq alqı-satqısında və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Prokurorun sözlərinə görə, həmin ərazilərdən birini də Qriqori Xaçaturov alıb. Vardapetyan deyib ki, Armaş icmasının İrəvan şossesi 24/1 ünvanında yerləşən və Qriqori Xaçaturova 4 milyon drama satılan torpaq və tikililəri daha sonra o, 18 milyon drama girov qoyub.

Martın 16-da isə apellyasiya məhkəməsi prokurorluğun şikayətinə baxaraq Xaçaturovun həbsi barədə qərar çıxarıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!