Bolqarıstan millisinin və "Slaviya"nın (Sofiya) qapıçısı Georgi Georgiyev karyerasını Azərbaycanda davam etdirə bilər.
"Yeni Sabah" xəbər verir ki, 31 yaşlı futbolçu Azərbaycan və Ermənistan klublarından təklif alıb. Seçin qarşısında olan qolkiperin qış fasiləsində klubdan ayrılacağı deyilir. Azərbycandan hansı klubun onun xidmətində maraqlı olduğu haqqında isə heç bir məlumat yoxdur.
Qeyd edək ki, Georgiyev bu mövsüm yerli çempionatda 14 matçda 12 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlaya bilib. Marqarita pizza
Telegram kanalımız