“Qarabağ”dan ayrılan Donald Gerye karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
“Yeni Sabah” xəbər verir ki, futbolçu “Neftçi”yə transfer olunmağa yaxındır. Bu barədə Haiti mətbuatı məlumat verib. Xəbərdə bildirilir ki, müdafiəçi sentyabrın 1-dək “Neftçi”nin düşərgəsinə qoşulacaq və ayına 35 min dollardan çox məvacib alacaq.
Qeyd edək ki, Haiti millisinin üzvü 2017-ci ilin yayında Türkiyənin “Alanyaspor” klubundan “Qarabağ”a keçib. Keçən mövsüm müqaviləsi bitən futbolçuya klub rəhbərliyi tərəfindən yeni sözləşmə təklif etsə, o, daha artıq pul istədiyindən, tərəflər razılığa gələ bilməyib. Sezar pizza
Telegram kanalımız