“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Getsin, öz işi ilə məşğul olsun” – Fədayədən Tacirlə bağlı açıqlama

Şou

06 Noyabr 2019 08:02 1169


Zaur Kamal "5/5" verilişinin efirində yenicə azadlığa çıxan Fədayə Laçınla telefon bağlantısı yaradıb.    

“Yeni Sabah” xəbər verir ki, xanımifaçı həmkarı Tacir Şahmalıoğlu ilə duet söz-söhbətinə aydınlıq gətirib:

“Belə eşitdim ki, paylaşıblar ki, mən rədd cavabı vermişəm. "Rədd cavabı" sərt səslənir. Mən elə deməmişəm. Mən demişəm ki, biz həmişə, onsuz da, toylarda, çəkilişlərdə duet oxuyuruq da. Mən dedim ki, onunla bir daha duet lentə aldırmaq, duet ortağı kimi onunla çalışmaq fikrim yoxdur. Rədd cavabı başqa şeydir. Rədd cavabı o deməkdir ki, getsin, öz işi ilə məşğul olsun. Mən elə deməmişəm”. Toyuqlu pizza

Qeyd edək  ki, Fədayə Laçın 2017-ci il oktyabrın 30-da həbs olunub, bu il oktyabrın 29-da azadlığa çıxıb. İfaçı "Qoca" ləqəbli kriminal aləmin üzvü Etibar Məmmədov və Əli Ağaminin dustaqların aparıldığı xüsusi təyinatlı vaqondan qaçmasında kömək etdiyi üçün həbs olunmuşdu.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!