Geyimi ilə gündəm olan müəllim azərbaycanlı imiş

saytların hazırlanması

Evə çatdırılma

Geyimi ilə gündəm olan müəllim azərbaycanlı imiş

Sosial

23 Dekabr 2025 22:39 868


Türkiyədə ingilis dili müəlliminin geyimi ilə bağlı yayılan görüntülər sosial medianın əsas müzakirə mövzusuna çevrilib.

"Yeni Sabah" Milli.az-a istinadla xəbər verir ki, ingilis dili müəlliminin dərs zamanı çəkilən görüntüləri, onun geyim tərzi və hərəkətləri istifadəçilər tərəfindən sərt tənqid atəşinə tutulub.

Müəllimin geyimini normal hesab edənlərlə yanaşı, bu şəkildə dərs keçilməsinin qəbulolunmaz olduğunu müdafiə edənlər arasında virtual qarşıdurma yaşanıb. Narazı kütlənin bir hissəsi Türkiyənin Milli Təhsil Naziri Yusuf Tekini sosial şəbəkədə etiketləyərək məsələ ilə bağlı tədbir görülməsini tələb edib. Sezar pizza

Bəzi istifadəçilər isə əsas diqqətin təhsilin keyfiyyətinə yönəldilməli olduğunu bildiriblər. 

Məlum olub ki, sözügedən müəllim əslən azərbaycanlıdır. O, sosial şəbəkədə Səma İbrahimova kimi tanınır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!