“Gilan Holding” sponsorluğu dayandırır? -   “Qəbələ“dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Gilan Holding” sponsorluğu dayandırır? - “Qəbələ“dən açıqlama

İdman

18 Noyabr 2019 13:08 1050


"Qəbələ" son günlər klubun qış fasiləsindən sonra iddiasını tamam itirəcəyi, hətta fəaliyyətini dayandıra biləcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərə münasibət bildirib. 

“Yeni Sabah” xəbər verir ki, klubun baş meneceri Zaur Əzizov açıqlamasında hazırda onlarda belə bir məlumat olmadığını söyləyib:

"Açığı, hazırda belə bir fikir yoxdur. Oturub işimizi görürük. Hər hansı narahatlıq, əlavə bir şey yoxdur. Komanda məşqini edir. Bütün bölmələr eyni qaydada fəaliyyət göstərir. Hətta yanvar toplanışı ilə bağlı planları hazırlayırıq. Bu cür xəbərlər bizə də maraqlıdır. Yenə deyirəm, kluba hər hansı məlumat gəlməyib. "Qəbələ" öz işini davam etdirir. Ümumiyyətlə, söz-söhbətlər yay aylarından başlayıb. Bəlkə kimsə bunu çətinliklə əlaqələndirir. Nəsə bilsək, fikir bildirərdik". Marqarita pizza

Əzizov SOCAR-ın "Qəbələ"yə sponsorluq edə biləcəyi haqda çıxan xəbərlərə də toxunub: "Bu dəqiqə bizdə dediyiniz məsələ haqda məlumat yoxdur. Biz klubun işləri ilə məşğul oluruq. Sponsor axtarmaq bizə aid olan məsələ deyil". (Sportinfo)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!