Gimnastlarımız Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Gimnastlarımız Avropa çempionu oldu

İdman

27 May 2019 07:44 1272


Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının final mərhələləri baş tutub.

“Yeni  Sabah” xəbər verir ki, Azərbaycanın böyüklərdən ibarət komandası "aero dans” proqramında uğurlu çıxış nümayiş etdirərək, Avropa çempionluğunu əldə edib.

Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva fəxri kürsünün ilk pilləsinə 17.800 xalla yüksəliblər. Komandamızın üzvləri azarkeşlərlə bərabər Dövlət Himnini səsləndiriblər. Toyuqlu pizza

Böyük gimnastlarımızın digər final çıxışı isə qrup komandaları arasında olub. Təmsilçilərimiz (Balaxanım Əhmədova, Vladimir Dolmatov, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva) bu kateqoriyada, 19.738 xalla qitə birinciliyini 7-ci yerdə başa vurublar.

Yeniyetmə gimnastlarımız öz güclərini bir daha sınayıblar. Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifovadan ibarət gənc komandamız "aero dans” proqramında çıxış edərək, finalda 7-ci yerdə qərarlaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!