Gimnastlarımız iki medal qazanıblar

saytların hazırlanması

Evə çatdırılma

Gimnastlarımız iki medal qazanıblar

İdman

30 May 2019 14:28 1045


Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarında idmançılarımız 2 medal qazanıblar.

“Yeni Sabah” xəbər verir ki, komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 xalla turnirin bürünc medalına layiq görülüb.

Yarışın sonuncu günündə millimizin üzvü Nikita Simonov öz sevimli aləti - halqalarda qızıl medal qazanıb. İyirmi səkkiz ölkədən gimnastların mübarizə apardığı turnirdə gimnastımızın çıxışı 14.500 xalla dəyərləndirilib və təmsilçimiz fəxri kürsünün ilk pilləsinə qalxıb. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!