Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

saytların hazırlanması

Evə çatdırılma

Gizli mikrokameraların satışına qanun icazə verir? - Dələduzluğun yeni növü

Sosial

13 Dekabr 2025 14:47 3209


Sosial şəbəkələrdə gizli kameraların, GPS-lərin reklamı və satışı geniş yayılıb. Belə ki, vint, maşın açarı, qələm və s. şəklində mikrokameralar ucuz qiymətə təklif olunur.

Bu cür satış təklif edənlər həm də kiberdələduzluqla məşğul olurlar.

Baku TV-nin əməkdaşı "TikTok"da ucuz gizli kamera təklif edən bir şəxslə əlaqə saxlayıb. Dominos pizza

O isə jurnalistdən "WhatsApp"ı olan nömrə istəyib, daha sonra həmin nömrəyə gələn "OTP" kodunu yazandan sonra sifarişini göndərəcəyini bildirib. Ardınca isə həmin şəxsin nömrəsini ələ keçirib.

"Mənim "WhatsApp" nömrəmi ələ keçirərək "TikTok" səhifəsinə əlavə edib və vətəndaşları aldatmaqla məşğuldur", - deyə o qeyd edib.

İnformasiya və kommunikasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov məsələ ilə bağlı bildirib ki, Azərbaycanda gizli kameraların satışı qeyri-qanuni fəaliyyət növüdür:

"Sosial şəbəkələrdə bu cür cihazların satışının geniş vüsət aldığını görürük. Bu, çox vaxt anonim səhifələr üzərindən həyata keçirilir. Şirnikləndirici çağırışlarla vətəndaşları kiberdələduzluğa məruz qoyurlar".

Daha ətraflı videomaterialda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sübhan
    Əgər qadağandirsa niyə aidiyyatı qurumlar tərəfindən tədbir görülmür ?
    5 months ago