Gömrük Komitəsindən sosial şəbəkədə yayılan görüntülərlə bağlı açıqlama - Video

saytların hazırlanması

Evə çatdırılma

Gömrük Komitəsindən sosial şəbəkədə yayılan görüntülərlə bağlı açıqlama - Video

Hadisə

30 Mart 2024 17:37 7397


Martın 29-da Abu-Dabi-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı Orxan Bayramlının fiziki təzyiqə məruz qalması barədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, sərnişin qismində gələn O.Bayramlı Heydər Əliyev Beynəlxalq Aeroportunun T2 Terminalındakı gömrük nəzarəti zonasından keçərkən ona məxsus olan əl yüklərinə rentgen qurğusunda baxış keçirilib. Toyuqlu pizza

Monitorda əks olunan görüntülərə əsasən O.Bayramlı əl yüklərinə baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub və şifahi sorğu-sual zamanı əl yüklərindəki malları ölkə ərazisinə satış məqsədilə gətirdiyini bildirib. Mallara gömrük baxışı keçirilməsi ilə bağlı gömrük əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyən O.Bayramlı nümayişkaranə şəkildə gömrük nəzarətinin aparılmasına şərait yaratmayıb, nəticədə gömrük nəzarəti zonasında mübahisə yaradaraq nalayiq ifadələrdən istifadə edib.

Prosedur qaydalar barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaş gömrük nəzarəti zonasında ictimai asayişin pozulması ilə nəticələnən bu hərəkətlərini sonlandırmayıb, üzərində olan mobil telefonun kamerası vasitəsilə videoçəkiliş etməklə qeydə alıb, görüntüləri ictimailəşdirəcəyi ilə gömrük əməkdaşlarını hədələyib və həmin videotəsvirləri təhrif olunmuş şəkildə ictimailəşdirib.

Daha sonra hadisə yerinə polis orqanı əməkdaşı dəvət olunub və vətəndaş barədə akt tərtib olunaraq Daxili İşlər Nazirliyini Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Sərt
    Bu videodan da gorunduyu kimi insanlarda casqinliq yaradan Gomruk əməkdaşlarinin səlahiyyət pozuntulari askikar şəkildə gorunur.Vətəndasla kobud şəkildə davranis və aqressivliyə təhrik etmə goruntulənir.Bu vidyoya baxanda belə qənaətə gəlinir ki orda calisan DGK nin əməkdaslarina şiddətli tohmət verilməli,vətəndasa huquqlari basa salinmali və bir daha belə ozbasinaliqlari toratməmək ucun Gomruk orqanlari isciləri ilə səhərlər isə cixanda təlim prossedurlari basa salinmalidir.Vəzifə səlahiyyətləri sui istifadə olaraq bu kadrlarda Gomruk əməkdaslarinin qanun pozuntulari asikar gorunməkdədir.
    2 years ago