Gömrükdən qanunsuz keçirilən buzovlar aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz 200" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı nəqliyyat vasitəsinin salonunda arxa oturacaq olan hissədən və yük yerindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən 11 baş buzov aşkar olunub. Dördpendirli pizza
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız