Gömrükdə 18 mindən çox siqaret aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdə 18 mindən çox siqaret aşkarlandı

Kriminal

10 Aprel 2019 20:42 876


Gömrükdə 18 800 ədəd "King" markalı siqaret aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən(DGK) "Yeni Sabah"a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə "VAZ-21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olduğu barədə məlumat daxil olub və məlumat əsasında yaradılan əməliyyat qrupu tərəfindən həmin avtomobil nəzarətə götürülüb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik maşını Qazax - Gəncə istiqamətində hərəkət edən zaman saxlanılıb və gömrük baxışı keçirilməsi üçün "Tovuz" gömrük postunun inzibati binasının həyətinə aparılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18 800 ədəd "King" markalı siqaretlər aşkarlanıb. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!