Gömrükdən dərman preparatları keçirmək istədilər

saytların hazırlanması

Evə çatdırılma

Gömrükdən dərman preparatları keçirmək istədilər

Kriminal

04 Aprel 2019 15:49 1130


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ-21063” markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonundakı arxa aynanın qarşısında - sellofan torbaların içərisində və ön oturacağın ayaqaltlığının altında üzərində “Phistoclozanid 500” yazısı olan 300 ədəd həb, üzərində gürcü əlifbası ilə yazılar olan 50 qramlıq 20 flakon, 10 qramlıq 80 flakon və 20 qramlıq 20 flakon dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!